Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

"Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.