Artıq 82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir.

Leqal.info xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ümumi vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib.