Leqal.info-nun xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Sənəddə qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.