“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”.

Bunu Leqal.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı.