İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Leqal.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.