Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək.

Bu barədə Leqal.info-ya parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq.

Qeyd edək ki, Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb.

Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.