Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb. Daha sonra dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.