Ağdam rayonunda insan sümükləri aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.