Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Leqal.info-ya bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topukdan amputasiya edilib.

O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir.

09:30
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.