Bu barədə Leqal.info hüquq-mühafizə orqanlarından məlumat əldə edib.
Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.