“2022-ci ilin dövlət və icmal büdcələrinə dəyişiklik edilib”.

Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, millət vəkillərinin gələn ilin dövlət büdcəsi ilə bağlı bəzi təklifləri nəzərə alınıb: "Deputatlar bu dəyişikliklərlə tanış ola bilərlər".