Ukraynanın PUA hücumları nəticəsində Moskvadakı “Sadovod” ticarət mərkəzində yanğınlar baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Hazırda “Sadovod”da böyük yanğın baş verir”, - məlumatda qeyd olunub.

Moskva meri Sergey Sobyanin də “Sadovod”dakı yanğınları təsdiqləyib.

Onun sözlərinə əsasən, PUA qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzinin bir hissəsində yanğın baş verib.

Qeyd edək ki, "Sadovod" ticarət mərkəzi Azərbaycan əsilli milyarder Qod Nisanova məxsusdur.

Leqal.info