Leqal.info xəbər verir ki, bu barədə “La7” də bildirilib.
“O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, lakin ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, - Tramp bildirib.
Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.
“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.
Leqal.info