Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Leqal.info-nun xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda soyqırımı qurbanlarının xatirəsinin yad olunmasını təklif edib.

Deputatlar təklifi qəbul edib və Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.