Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur", - məlumatda qeyd edilir.