Leqal.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.
Yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin təhlil edilməsi və mövcud infrastrukturun qiymətləndirilməsi, rəqəmsal icra hakimiyyəti portalının ilkin versiyasının hazırlanması və yoxlanılması, rəqəmsal icra hakimiyyəti portalının tam həcmdə fəaliyyət göstərməsi nəzərdə tutulub.