Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Azərbaycana səfərə gələcək.

Leqal.info-nun xəbərinə görə, o, sabah ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edəcək.

Tədbirdə habelə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Milli Məclisin sədri Sahibə Qafarova və digər şəxslər iştirak edəcəklər.