Leqal.info xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il 3 000, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib:
"Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı keçən il 5 dəfə genişlənib və həmin dövrdə 3 000 mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub".
Sədrin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verib: "Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir".