Şabran rayonunda meşə massivi yanır.

"Leqal.info" xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində baş verib.

Beləki, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğınin miqyası genişlənərək ətraf ərazilərdə yayılıb.

Meşə massivinə düşən yanğın yaxınlığda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadı.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin və ətraf rayonların avtomobili və canlı qüvvəsi cəlb olunub.