İyulun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2342 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 506, ikinci doza vaksinlərin sayı 167, üç və daha çox doza vaksinlərin sayı 1397, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 803 min 44, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 363 min 914, ikinci mərhələ üzrə 4 milyon 857 min, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 329 min 356, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 252 min 774-dür.