“Hazırda dünyada nüvə silahının tətbiqi təhlükəsi getdikcə daha da aktuallaşır”.

“Leqal.info” “UN News”a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş Hiroşimada şəhərin ABŞ qoşunları tərəfindən atom bombalanmasının 77-ci ildönümünə həsr olunmuş çıxışında bildirib.

“İnsanlıq doldurulmuş silahla oynayır”, - o deyib.

Quterriş, həmçinin bəşəriyyətin Hiroşimanın bombalanmasından dərs alıb-almadığını sual edib.