“Ukraynada “Bayraktar” Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək”.

“Leqal.info” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirmişdi ki, Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod üçün torpaq sahəsi alıb.