"Leqal.info” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qazaxıstan” yayıb.
Bildirilir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Eyni zamanda Tokayev avqustun 19-u Soçiyə işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq, Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri müzakirə olunacaq.