Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi (FHN) əhaliyə müraciət edib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Leqal.info-nun Siyəzən rayonuna ezam olunmuş əməkdaşına bildirib ki, insanlar yanğın təhlükəsizliyinə riayət etməlidirlər.

“Yanğınlar nəticəsində meşələrə, kənd təsərrüfatına və evlərə böyük ziyan dəyir. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar. Meşəlik ərzilərdə tələblərə əməl etsinlər. Əkin-bişin sahələrinin kənarlarında təhlükəsizlik zolaqları yaratsınlar”, - E.Mirzəyev vurğulayıb.