Bu fikirləri Leqal.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, orta məktəbləri tələbə hazırlayan məktəblərə çevirməliyik:
"Ardınca da universitetlərə muxtariyyat verməliyik ki, orda yaxşı müəllimlər dərs desin. Uşaq ali məktəbə daxil olanda təhsildən sönməsin. 600-dən yuxarı bal toplayıb ali məktəbə gedir, bitirəndə heç nəyə nail ola bilmir. Bizim Tibb Universitetini qutaran gedib Türkiyədə rezidentura keçməsə, həkim ola bilmir. Bu standartlarla həkim yetişmək mümkün deyil. Budur bizim əsas problemimiz. Mütəxəssis olmaq üçün xarici ölkədə oxumalısan”.