ABŞ-ın İranın Əhvaz şəhərinə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə Press TV Xuzistan əyalətinin qubernatoruna istinadən məlumat yayıb.

İran Dövlət Televiziyası isə Bəndər-Abbasa endirilən zərbə nəticəsində iki nəfərin yaralandığı haqda məlumat yayıb.

Qeyd edək ki, partlayışlar həmçinin İranın Firuzabad, Teft, Xürrəmabad, Cask, Omidiye və Endimeşk şəhərlərində, Xondab bölgəsində, Bəndər-Abbas limanında və Qəşm adasında da qeydə alınıb.

Bu zərbələrdə itkilərin olub-olmadığı barədə məlumat yoxdur.

Leqal.info