Roma Papası Fransisk rusiyalı jurnalist Darya Duqinanın vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə “Leqal.info” ANSA agentliyinə istinadən xəbər verir.

“Müharibənin bədəlini günahsızlar ödəyir”, - o deyib.

Fransisk bildirib ki, bu gün Rusiya və Ukrayna haqda düşünür: “Allaha dua edirəm ki, o bu sevimli ölkələrə baxsın və onları bizim hamımıza lazım olan sülhə gətirsin”.

“Onlar (silah alverçiləri-TASS-ın qeydi) – bəşəriyyəti öldürən cinayətkarlardır”, - Yəmən və Suriyadakı münaqişələri xatırladan Papa deyib.

Qeyd edək ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində ölüb. O, festivaldan qayıdırdı, atası Duqin isə başqa maşında idi. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.