Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ferqus Old Şəhidlər xiyabanını ziyarət edib.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı səfir öz rəsmi tviter hesabında paylaşıb.

“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - deyə səfir paylaşımında qeyd edib.