"NATO Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacib olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

"Leqal.info" xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.