ABŞ Prezidenti Co Bayden Rusiyaya Ukraynaya qarşı taktiki nüvə və ya kimyəvi silahdan istifadə edilməsinin nəticələri barədə xəbərdarlıq edib.

“Leqal.info” xəbər verir ki, ABŞ lideri bu barədə “CBS” telekanalına müsahibəsində danışıb.

Müsahibə zamanı jurnalist Baydenə “Cənab Prezident, Rusiya lideri Vladimir Putin kimyəvi və yaxud taktiki nüvə silahından istifadə etmək qərarına gələrsə, ona nə deyərdiniz?” sualını ünvanlayıb.

Bayden isə cavabında Putinə bunu etməməli olduğu barədə xəbərdarlıq edib: “Bunu etmə. Bununla müharibənin simasını dəyişdirəcəksiniz”.