Leqal.info xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9 % artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.
Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.