Leqal.info "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.
"Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - şirkət əlavə edib.
Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.
Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.