Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə A.Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.