Qubada silah-sursat aşkarlanıb.

Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları tərəfindən rayonun Qəşreş kəndi ərazisində Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.