Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törətməkdə şübhəli bilinir.

Leqal.info-nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər Mehdiyev adlı şəxsi bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən fakt “Report”a təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.