"Azərbaycan Hava Yolları" QSC Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyənlərə müraciət edib.

Leqal.info-nun məlumatına görə, müraciətdə deyilir ki, artıq bu istiqamətdə səyahət edənlərdən koronavirus (COVID-19) pandemiyası ilə bağlı PSR-testi və yaxud vaksin sertifikatı tələb olunmur.

Azərbaycan vətəndaşları üçün vizanı öncədən rəsmiləşdirmək kifayətdir.