Leqal.info-nun xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Salome Zurabişviliyə ünvanladığı məktubunda yer alıb.
"Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq", - məktubda vurğulanıb.