"Report"un Qərb bürosunun məlumatına görə, şəhid hərbçi Tovuz rayonundandır.
Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.
O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.
Onun sabah dəfn olunacağı bildirilir.
Eyni zamanda, Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"