Son vaxtlar daşınmaz əmlak bazarında dələduzların sayı artmaqdadır

Leqal.info mövzu ilə əlaqədar araşdırma aparıb

Əziz izləyicilər bu məsələ də paytaxtın Günəşli qəsəbəsində həllini tapmağı gözləyən problemlər sırasındadır. Redaksiyamıza daxil olan bir məktubda adamlardan biri məsələni belə dilə gətirir ki, bəs qardaş mən oradan ev aldım içinə girib yaşamaq məqamı gələndə artıq 3-üncü sahibi olduğumu öyrəndim. Dərhal məsələni araşdırmaq üçün sakinlərlə görüşə yollandım. Bütün mənzillərdə bu hal yaşanmasa da bir çoxunda məsələ tam da beləydi. Hətta bir evin 5 nəfərə belə satıldığı faktı üzə çıxdı. Problemlərin kökündə məsələnin əslində köhnə mülk sahibləri ilə öz aralarında yaranmış narazılıq fonunda tüğyan etdiyi məlum oldu yəni ki, köhnə sahiblərindən birinin digərini nəzərə almamasıdı məsələləri əməlli-başlı çıxılmaz duruma gətirib.

P.S. Məsələ ilə bağlı mülk sahibləri ilə əlaqə yaratmağa çalışsaq da cəhdimiz baş tutmadı.

Elnurə Fərhadqızı
Leqal.info