Leqal.info xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.