Leqal.info-nun xəbərinə görə, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.
Sessiyaya məhkəmənin sədri Coan Donoqyu (Joan E. Donoghue) hakimlik edəcək.
Dinləmələr Azərbaycanın bu il yanvarın 3-də Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.