Leqal.info xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, aparılan islahatlar nəticəsində əlilliyə görə pensiyaların orta məbləği 423 manata, yaşa görə pensiyaların orta məbləği 456 manata çatıb: "Orta pensiyanın məbləği ötən illə müqayisədə 14 faiz, 5 il öncə ilə müqayisədə isə 2 dəfəyə yaxın artıb".