Leqal.info xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İordaniya Kralı II Abdullah ibn Al Hüseynə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda deyilir: “Bu gün müxtəlif sahələrdə əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə əlaqələrimizin daha da inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəyik”.