Leqal.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə söyləyib.
“Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir.