Rumıniyanın sabiq prezidenti: “Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı”
“Heydər Əliyev öz müdrikliyi və baxışı ilə çiçəklənən Azərbaycan yaratdı. Onun rəhbərliyi dövründə "Əsrin müqaviləsi" imzalandı”.
Leqal.info xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku deyib.

O, Heydər Əliyevin irsi barədə danışarkən “mənim Prezident Heydər Əliyevlə görüşüm 1997-ci ildə İstanbulda oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında görüşdük” - deyib.

Keçmiş prezident xatırladıb ki, həmin iclasda vacib təşəbbüslər müzakirə olunub: “Heydər Əliyev vizyonlu lider idi. O, aktiv və təşəbbüskar idi”.
O deyib ki, Azərbaycan da sovet irsi olaraq münaqişə ilə üzləşmişdi: "Prezident Əliyev münaqişələrin sülh, danışıqlar və siyasi yolla həlli üçün çalışırdı. Prezident Əliyev və mən ikitərəfli münasibətlərimizin üzərində çalışırdıq, ölkələrimizin bir-birinə təklif edəcəyi çox şey var idi. Azərbaycan Rumıniya üçün Şərqə qapı, Rumıniya isə Azərbaycan üçün Mərkəzi Avropaya qapı idi”.


Leqal.info