Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxunublar.


Leqal.info xəbər verir ki, bu barədə aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçlə geniş tərkibdə görüşü zamanı bildirilib.

Bosniya və Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd edilib.

Leqal.info