Restoranlarda hər kəsə qaranlıq qalan söhbət var ki, o da "Servis haqqı" məsələsidir.

Leqal.info xəbər saytı olaraq daha əvvəl bir dəfə bu mövzuya toxunmuşduq. Bu dəfə vətəndaş narazılığını nəzərə alaraq bir daha sözügedən mövzunu gündəmə gətiririk.

Məsələ burasındadır ki, restoran sahibi xidmət göstərən ofisianta əmək haqqı verdiyi halda xidmətin sonunda müştəriyə təqdim edilən hesabdakı əlavə "Servis haqqı" nəyə gərəkdir?

Hal-hazırda restoranların əksəriyyətində mövcud olan "Servis haqqı" məsələsi müştərilərin cibinə ziyandır. Nəzərə alsaq ki, sözügedən "Servis haqqı" hər hesabdakı qiymətə görə artır, bu da müştərinin əlavə ödəniş etməsinə səbəb olur.

Ümid edirik ki, "Servis haqqı" məsələsi ilə aidiyyatı qurumlar bir tədbir görəcək, restoran sahibləri də öz növbəsində bu mövzunu bir daha nəzərdən keçirəcək.

Leyla Kamil
Leqal.info