Xocavənddə Türkiyə vətəndaşı minaya düşüb.

"Leqal.info" xəbər verir ki, rayon prokurorluğundan bildirilib ki, iyulun 14-ü saat 14 radələrində rayonun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray minaya düşüb.

Araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.