"Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” hava limanındakı (LHR) məhdudiyyətlərlə əlaqədar Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edib.

Bu barədə Leqal.info-ya AZAL-dan məlumat verilib.

Bildirilib ki, Bakıdan Londona uçuş saat 11:55-də, Londondan Bakıya uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin [email protected] ünvanına müraciət edə bilərlər.