Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağırılıb.

“Leqal.info” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Prezidenti Vaahn Xaçaturyan imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Aşot Smbatyan Ermənistanın Gürcüstandakı səfiri təyin olunub.

Smbatyan daha əvvəl Ermənistanın Almaniyadakı səfiri olub.